...

Neft-qaz sektorunda birbaşa investisiyaların repatriasiya həcmi 2006-cı ilin birinci rübündə təxminən 3 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2006 19:34 (UTC +04:00)

2006-cı ilin birinci rübündə Azərbaycan iqtisadiyyatında istifadə olunan xarici kapitalın ümumi həcmi 1,2 milyard dollar təşkil edərək, ötən ilin analoji dövründə olan səviyyədə qalıb. Trend in Azərbaycan Milli bankı tərəfindən hazırlanmış ödəniş balansına əsasən verdiyi xəbərə görə, hesabat dövründə istifadə olunan xarici kapitalın strukturunda ciddi keyfiyyət dəyişiklikləri olub.

Əgər 2005-ci ilin birinci rübündə kreditlərin xüsusi çəkisi 23,2 % təşkil etmişdisə, bu ilin analoji dövründə onların həcmi 1,6 % azalaraq, 14,7%-ə çatıb. Bu, ilk növbədə, Bakı-Tbilisi-Ceyhanın tikintisinin tamamlanması, zəmanətsiz kreditlərin həcminin 114,6 milyon dollardan 39,5 milyon dollara qədər azaldılması ilə bağlıdır, zəmanətli dövlət kredtlərinin həcmi isə 39,3 milyon dollardan 108,2 milyon dollara qədər artıb.

İqtisadi artımın stimullaşdırılması üçün birbaşa investisiyaların xüsusi çəkisi 8,5% artıb və 981 milyon dollar təşkil edərək, 85,3%-ə çatıb. Ötən dövr ərzində ölkə iqtisadiyyatında istifadə olunmuş birbaşa investisiyaların repatriasiyası 1,1 milyard təşkil edib. Bu göstərici keçən ildəkindən 67,6 % artıqdır. Bu artımın səbəbi "Əsrin müqaviləsi" çərçivəsində neft-qaz sektorunda xarici öhdəliklərin azalması hesabına iri neft şirkətləri tərəfindən birbaşa investisiyaların repatriasiya həcminin artmasıdır. Əgər 2005-ci ilin birinci rübündə neft-qaz sektoru üzrə repatriasiya olunmuş investisiyalar 331,2 milyon dollar təşkil etmişdisə, 2006-cı ilin birinci rübündə bu göstərici 2,8 dəfə artaraq, 925,7 milyon dollara çatıb.

Ölkəyə xarici kapital axınının strukturu:

2005 -ci il, I rüb

2006-cı il, I rüb

2006 -cı il 2005-ci il

mln.

Xüsusi çəki

mln.

Xüsusi çəki

$

%

$

%

%

Birbaşa investisiyalar

893.2

76.8

981.0

85.3

109.8

- neft-qaz sektoru

862.6

74.2

914.3

79.5

106.0

- digər sektorlar

30.6

2.6

66.7

5.8

218.0

Kreditlər və digər investisiyalar

269.2

23.2

168.7

14.7

62.7

-zəmanətli kreditlər

39.3

3.4

108.2

9.4

275.3

-zəmanətsiz kreditlər

114.6

9.9

39.5

3.4

34.5

- BTC layihəsi

55.1

4.7

-

-

-

-ARDNŞ

28.6

2.5

9.9

0.8

34.6

-başqaları

30.9

2.7

29.6

2.6

95.8

-digər investisiyalar

115.3

9.9

21.0

1.9

12.4

Cəmi

1162.4

100.0

1149.7

100.0

98.9

Xəbər lenti

Xəbər lenti