...

Milli Bank dövlət büdcəsi və ARDNF-yə valyuta daxilolmalarının konvertasiya problemlərinin həlli ilə bağlı vəzifələri tarazlaşdırmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2006 16:14 (UTC +04:00)

İlin birinci yarısında Azərbaycan Milli Bankı bütün iqtisadi orqanlarla dövlət büdcəsi və ARDNF-yə valyuta daxilolmalarının konvertasiya problemlərinin həlli ilə bağlı vəzifələri tarazlaşdırmaq niyyətindədir. Trend agentliyinin məlumatına əsasən, bu barədə Milli Bankın sədri Elman Rüstəmov bildirib.

"Bu problem çox mürəkkəbdir. Hazırda biz ölkə prezidentinin qarşımızda qoyduğu marko-iqtisadi sabitlik, istehlak qiymətləri artımının qarşısı alınması, maliyyə sabitliyi və bank sisteminin sabitliyi, iqtisadiyyatın likvidliyi və büdcə proqramının icrası kimi qarşılıqlı əlaqəli vəzifələri həll edirik" - deyə E.Rüstəmov vurğulayıb.

O, gələcəkdə bu məsələlərin nizamlanmasının mümkün olacağına ümid edir, lakin onların sonralar da yaranacağını istisna etmir. "Maliyyə Nazirliyi valyuta daxilolmalarının konvertasiya xərclərini üzərinə götürür, çünki bu, dövlət büdcəsində maliyyə sisteminin xərcləri qismində nəzərdə tutulub" - deyə o vurğulayıb. E.Rüstəmov deyib ki, açıq valyuta mövqeyinə malik Milli Bank, Dövlət Neft Fondu və digər maliyyə institutları da bu xərcləri özləri ödəyəcək.

Xəbər lenti

Xəbər lenti