...

Azərbaycanda təxminən 30 min obyektdə kassa aparatlarından istifadə qaydalarının pozulması faktı aşkar olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 17:31 (UTC +04:00)

Vergilər Nazirliyi operativ vergi nəzarəti üzrə genişmiqyaslı tədbirlər çərçivəsində oktyabrın 16-dək 125 225 obyektdə vergi reydləri keçirib. Trend Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin press-relizinə istinadən xəbər verir ki, 29 216 obyektdə qanunvericiliyin pozulması faktları aşkar edilib. Nəticədə həmin obyektlərə 2642,772 AZN məbləğində inzibati cərimə kəsilib.

Vergi reydləri iyulun 24-dən Bakı üzrə başlayıb. Reydlər əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi və vurulmuş kassa çeklərinin alıcılara təqdim edilməsinə nəzarət məqsədilə həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti