...

DB-nin Azərbaycanın korporasiya və dövlət sektorunda hesabat layihəsini təsdiqetmə tarixi müəyyənləşib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2006 20:40 (UTC +04:00)

Azərbaycanın Maliyyə Nazirliyi və Dünya Bankı korporasiya və dövlət sektorunda hesabat layihəsinin tərkib hissələrini müəyyənləşdiriblər. Ölkənin Nazirlər Kabinetindən Trend ə verilən məlumata görə, layihənin 2007-ci ilin ilk yarısında təsdiqlənəcəyi gözlənilir. Onun maliyyələşdirilməsinə isə DB Beynəlxalq İnkişaf Asosiasiyasının xətti ilə tam 15-20 mln. dollar ayırmağı planlaşdırır. Layihənin qəti dəyəri hələ öyrənilməyib. O, özündə üç komponenti birləşdirir. İlk layihə çərçivəsində korporasiya sektorunda mühasibat uçotunun islahatı, ictimai əhəmiyyətli təşkilatların maliyyə hesabatlarında beynəlxalq standartların tətbiqi, "Audit haqqında" qanunun qəbul olunmasına hazırlıq, Auditorlar Palatasının inkişafı və islahatı nəzərdə tutulub.

İkinci komponent dövlət sektorunda mühasibat uçotu sisteminin islahatını nəzərdə tutur. Üçüncü komponentdə isə, Azərbaycanda mühasibatlığın öyrənilməsində Tədqiqat Mərkəzinin yaradılmasını, maliyyə hesabatlarında beynəlxalq standartların tərcüməsini, mühasibat uçotunda milli standartların hazırlanmasını, Maliyyə hesabatlarında beynəlxalq standartlara keçid proqramının dəstəklənməsini, auditorların və mühasiblərin yeni avadanlıqlarla, xüsusi proqramların dəstəyi ilə keçirilən treninqlə təmin olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti