...

Gəncə Avtomobil Zavodu MAZ avtomobillərinin və Belarus traktorların yığımına gələn ilin yanvarından başlayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 12:20 (UTC +04:00)

2007-ci ilin yanvar ayında Gəncə Avtomobil Zavodunda ilk Belarus traktorlarının və MAZ avtomobillərinin yığılmasına başlanacaq. Bu barədə məlumatı Trendə zavodun direktor müavini Teymur Cabbarzadəyə istinadən müsəsənin mətbuat xidməti verib.

İş prosesinə başlamaq üçün zavodda lazımi şəraitin yaradıldığını deyən Cabbarzadə bildirib ki, bu il noyabr ayının 22-də zavodun direktoru Xanlar Fətiyevin Minsk Avtomobil və Minsk Traktor Zavodları ilə imzaladığı müqaviləyə uyğun olaraq gələn ilin ilk aylarından başlayaraq GAZ bu müəssisələr ilə iş birliyinə başlayacaq.

"Bu gün MAZ zavodu təxminən 500, MTZ isə 400 modelldə texnika istehsalı ilə məşğuldur. Bizim zavodun marketinq şöbəsinin araşdırmasına görə ildə təxminən ayrı-ayrılıqda hər iki zavodun 1000-ə yaxın avtomobil və traktorunu yığaraq satışa çıxara biləcəyik" - Cabbarzadə belə deyib.

Direktor müavini onu da əlavə edib ki, Belarus müəssisələri ilə iş birliyinə başladıqdan sonra da GAZ Çin Xalq Resrublikasının avtomobillərini yığmaqda davam edəcək.

Xəbər lenti

Xəbər lenti