...

AMB-nin rəhbəri Azərbaycan İpoteka Fondunun kredit təşkilatlarının səlahiyyətliləri ilə görüşüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Fevral 2007 20:39 (UTC +04:00)

Azərbaycanın Milli Bankında AMB-nin idarə heyətinin sədri Elman Rüstəmovla Azərbaycan İpoteka Fondunun kredit təşkilatları sədahiyyətlilərinin göürüşü baş tutub.

Trend in məlumatına əsasən, görüşün əsas məqsədi prezidentin 23 yanvar 2007-ci tarixli "Azərbaycanda ipoteka kreditlərinin verilməsi mexnizminin təkmilləşdirilməsi" fərmanı və həmin fərmandan irəli gələn güzəştli ipoteka kreditlərinin verilməsi qaydalarının yerinə yetirilməsidir.

Görüşdə ipoteka kredit sisteminə dəyişiklik və əlavələr, onların yerinə yetirilməsi ilə bağlı, səlahiyyətli kredit təşkilatlarının əhaliyə göstərdiyi maliyyə xidmətlərinin səviyyəsini artırmaq məsələləri müzakirə olunub. Bununla yanaşı, qüvvədə olan qayda və standart tələblərə uyğun olaraq təşkilatın imkanlarına, institutlaşdırılma və s. məsələlərə baxılıb.

Xəbər lenti

Xəbər lenti