...

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Royal Bank of Baku səhmlərinin emissiya prospektini qeydiyyata alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2007 15:17 (UTC +04:00)

Azərbaycan prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi Royal Bank of Baku ASC -nin səhmlərinin emissiya prospektini qeydiyyata alıb.

Bakı Fond Birjasının bu gün yaydığı press-relizə əsasən, Trend məlumat verir ki, emissiyanın həcmi 1 000 000 manatdır. Bir səhmin nominal dəyəri 200 manat səviyyəsində müəyyən edilib.

Emissiyalar prospektinə əsasən, yerləşdirilmə fond birjasında açıq yazılma metodu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda "Standard Capital" MMC çıxış edəcək.

Yeni emissiyanın yerləşdirilməsi zəruriliyi nizamnamə kapitalının yüksəlməsi ilə izah olunur. Belə ki, Azərbaycan bankları AMB-nin 2007-ci il iyulun 1-nə əsasən yekun kapitala olan norma tələbini yerinə yetirməyə başlayıb. Ayrılmış müddətdə hər bankın yekun kapitalı 10 milyon manatdan az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti