...

Azəriqazbank Qara dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlıq istiqamətlərini nəzərdən keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 19:23 (UTC +04:00)

2007-ci ilin martında "Azəriqazbank" ASC Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) ilə danışıqları bərpa edəcək. Bu barədə Trend ə bankın idarə heyətinin rəhbəri Azər Mövsumov məlumat verib.

"Ötən ilin sonunda biz Qara dəniz bankı ilə yazışırdıq, lakin martda ona təqdim olunmuş audit hesbatını təqdim etdikdən sonra əməkdaşlıq istiqamətlərini müzakirə etməyi planlaşdırırıq", deyə, A. Mövsümov qeyd edib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığa və ticarət maliyyələşdirməsinə yardım üçün QTİB-dən təxminən 5-6 milyon dollar cəlb etmək planlaşdırılıb.

Keçən il QTİB-nin həmkar-banklarına dövlətin Kapitalbankı, kommersiya bankları - Azərdəmiryolbank, Texnikabank, Bank Respublika qoşulub.

Buna qədər Qara dəniz bankının xətləri Beynəlxalq Bank, Azərbaycan Mikromaliyyələşdirmə bankı, Unibanka açıq idi. Azərbaycan bankları arasında Beynəlxalq Banka ən böyük kredit təqdim olunub (6,5 milyon dollar).

QTİB həmçinin Azərbaycan Mikromaliyyələşdirmə Bankının kapitalında da iştirak edir. Lakin gələcəkdə QTİB-nin sərmayəçisi olacağı bankların siyahısı genişlənə bilər.

Xəbər lenti

Xəbər lenti