...

Bakı Fond Birjası və Transparency International – Azerbaijan Azərbaycanın biznes-strukturları üçün treninqləri başa vurub

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2007 16:34 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Bakı Fond Birjası (BFB) Azərbaycanın biznes strukturları üçün "Transparency International - Azerbaijan"la birgə təşkil etdiyi "İnvestorlar və emitentlər üçün etik və hüquqi çərçivələr" mövzusunda treninqin III hissəsinin başa çatdığını elan edib. Birjanın bu gün yaydığı məlumata əsasən, bu tədbirlər qlobal imkanlar Fondu və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilir.

Treninqlər BP-nin biznes mərkəzində həm Azərbaycan, həm də rus dillərində keçirilib.

Fevralın 20-dən martın 1-dək davam edən treninqlərdə Azərbaycanda fəaliyyət göstərən yerli və xarici müəssisə və təşkilatlarının (Azərbaycan Milli Bankı, Sənaye və Energetika Nazirliyi, UniBank, Standard Capital, Tekhnika Capital Management, AzərİnterTreyd, Mikromaliyyələşdirmə Bankı, Kredobank, "Atəşgah" sığorta şirkəti, BP, BP, McGrigors, Currie

Kurslar iki həftə ərzində aparılıb. Kurslarda dinləyicilər BFB listinqinin üstünlükləri, iş etikası və korporativ mədəniyyət, korporativ idarəetmə, müəssisə fəaliyyətinin şəffaflığı məsələləri, müəssisənin maliyyə hesablarının elan edilməsi, investor hüquqları, investor və müəssisə rəhbərləri və Azərbaycan qanunvericiliyi arasından münasibətlərin xülasəsi, biznes mədəniyyəti: etibarlı biznesin yaradılması üçün normalar və strategiya, bütün maraqlı tərəflərin maraqlarının qorunması və korporativ sosial məsuliyyət haqqında tanış olub.

Treninqlərdə BFB-nin əməkdaşları olan layihənin, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin, Azərbaycan İpoteka Fondunun, Azersun Holding və "Transparency International - Azerbaijan" mütəxəssisləri çıxış edib.

Treninq kurslarının sonuncu günündə fəal iştirak edən dinləyicilərə layihə koordinatorları olan Rəna Səfərəliyev ("Transparency International - Azerbaijan") və Çingiz Əsədov (BFB) tərəfindən sertifikatlar təqdim olunub.

Bu treninqlərə biznes struktur nümayəndələrinin artan marağını nəzərə alaraq, layihə təşkilatçıları tərəfindən bu tədbirlərin təkrar keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti