...

Azərbaycan Nəqliyyat Nazirliyi dəmir yollarının inkişafı proqramını hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2007 13:39 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi dəmir yollarının inkişafı proqramını hazırlayıb

Azərbaycan,Bakı/müxbir Trend S.Əliyev/Azərbaycanın Nəqliyyat Nazirliyi 2007-2010-cu illər üçün "Azərbaycanın dövlət dəmir yolunun inkişafı üzrə dövlət proqramı" layihəsi hazırlayıb. Bu barədə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Bu proqramın həyata keçirilməsi dəmir yolu fəaliyyətinin təkmilləşdirilməsi və qatarların hərəkət sürətinin artırılmasına imkan verəcək. Proqram çərçivəsində həmçinin stansiya və yol təsərrüfatlarının təmiri, mərkəzi dispetçer idarəsinin yaradılması, dəmir yollarında nəqliyyat qovşaqlarının təmiri nəzərdə tutulub.

Bundan başqa, proqram çərçivəsində lokomotiv və vaqon parkının yeniləşdirilməsi, o cümlədən sisternlərin əldə olunması nəzərdə tutulub. Yaxın zamanlarda bu proqramın təsdiq olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti