...

"Prodkorporasiya" SC-nin prezidenti: Qazaxıstanın taxıl ixracı üçün alternativ marşruta ehtyacı var

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2007 14:38 (UTC +04:00)
"Prodkorporasiya" SC-nin prezidenti: Qazaxıstanın taxıl ixracı üçün alternativ marşruta ehtyacı var

Azərbaycan,Bakı/müxbir Trend K.Konırova/Qazaxıstan Avrasiyanın mərkəzində taxıl daşınmanın əsas dəniz marşrutlarından uzaqda yerləşir. Bir neçə il bundan əvvəl Xəzər vasitəsilə taxılın xarici bazarlara çatdırılmasını artırmaq qərarı qəbul olunub. Aktau limanında taxıl terminalı tikilib, bu terminal vasitəsilə buğda əsasən İrana nəql olunurdu. Son illər buğdaya Zaqafqaziya dövlətləri maraq göstərməyə başlayıb. Qazaxıstan ixracatçıları əlverişli konyukturanı istifadə etməyə və Xəzər vasitəsilə buğdanın çatdırılmasını qaydaya salmağa qərar verir.

Qazaxıstan və Azərbaycan nümayəndələri hökumət səviyyəsində bir sıra görüşlər keçirib və BM yaradılıb. "Prodkorporasiya" SC-yə Bakı limanında 500 min ton boşalma-yüklənmə gücünə malik taxıl terminalının və dəyirman kompleksinin tikintisi tapşırılıb. Keçən il terminal istismara verilib. Sutkalıq gücü 250 ton un olan dəyirman kompleksinin tikintisi bu il başlanıb.

Trend ın Astanadakı xüsusi müxbirinin "Prodkorporasiya" SC-nin prezidenti Ruslan Əzimovla müsahibəsi:

- Qazaxıstan KİV-i dəfələrlə məlumat verib ki, xüsusi taxıl daşıyan vaqonların çatışmazlığı və həddindən artıq xərclər səbəbindən ixracatda həmsərhəd dövlətlərə taxılın nəqli ilə əlaqədəar problemlər mövcuddur. Görünür ki, Azərbaycanda terminal və dəyirmanın tikintisi problemlərin bir hissəsinin həlli ilə bağlıdır?

- Məncə, ilk növbədə Qazaxıstan prezidentinin aqrar sahədə çalışanlara taxıl istehsalını 20 milyon tonadək artırmaq və taxıl ixracı üzrə dünya liderlərinin beşliyinə daxil olmaqla bağlı tapşırıq verməsindən başlamaq lazımdır. Bu tapşırıq bizim əkinçilərimizin gücünə tamamilə uyğundur. Bizim qabağımızı yalnız tələb saxlayır, buna görə də ixrac problemi həllinin sürətlənməsi üzərində işləyirik. Satış bazarları axtarır və mənimsəyirik, yeni ixrac marşrutları çəkirik. Hazırda taxılın böyük hissəsi dəmir yolu vasitəsilə, əsasən Rusiya ərazisi ilə nəql olunur. Tranzit daşınmalar baha başa gəlir. Bu səbəbdən hərdən taxılımız Rusiya və Ukrayna taxılı ilə müqayisədə qiymətə görə rəqabətə davamlı ola bilmir. Əgər biz taxılı Zaqafqaziyaya Xəzər dənizi vasitəsilə daşısaq, o zaman alternativ marşrut əldə edəcəyik, bizdə seçim yaranır.

Bakı limanında taxıl terminalını işə salmışıq və 2008-ci ildə Poti limanında bu cür terminalın tikintisini planlaşdırırıq. Azərbaycan və Gürcüstan vasitəsilə Qazaxıstan Rusiya ərazisi və Rusiya limanlarının yanından ötməklə taxılı Fars körfəzi ölkələrinə çıxara bilər. Daha doğrusu, bizim iki marşrutumuz olacaq. Qazaxıstan ixraxcatçıları əvvəlki illərdə olduğu kimi, taxıl ixracında Rusiya və Ukraynanın Qara və Azov dənizlərindəki limanlarından istifadə edəcək. Lakin məhsul illərində Rusiya və Ukraynadan taxıl axını artanda dəniz terminalları yüklənir. Nəticədə qazaxıstanlılarda problem yaranır, çatdırılma müddətləri uzanır. Buna görə də bizə alternativ ixrac yolu lazımdır.

Bundan başqa, Azərbaycan, Gürcüstan və digər Zaqafqaziya dövlətləri Qazaxıstan buğdasını idxal etməyə hazırdır. Buna görə də Bakı və Potidə limanların tikintisi bu ölkələrə taxıl ixracını və un həcmini artırmağa imkan verəcək. Bu istiqamətdə yük axınının artmasını nəzərə alaraq biz Aktauda taxıl dəniz teminalının yenidən qurulmasına başlamışıq. Terminalın buraxıcılıq qabiliyyəti, plana əsasən, artıq bu il iki dəfə artacaq və 600 min ton təşkil edəcək.

-Terminalın tikintisi üçün xərclər nə qədərdir?

- Bakıda taxıl terminalının yaradılması 6 milyon dollara başa gəlib. Bu obeyktin tikintisi və istifadəyə verilməsinin başlanğıcında Qazaxıstan-Azərbaycan birgə müəssisəsi yaradılıb. Buna görə də xərclər ölkələrimiz arasında yarıya bölünüb. Bu gün terminal işləyir, Azərbaycan firmaları ilə 50 min ton buğdanın çatdırılması ilə bağlı ilk müqavilə bağlanıb. Mütəxəssislərin hesablamalarına görə, Bakıda terminal və dəyirmanın tikintsi üçün xərclərimiz 5-7 il ərzində ödəniləcək.

- Astanada birinci Beynəlxalq Taxıl Forumunda "Prodkorporasiya" SC-nin nümayəndələri İranla əməkdaşlığın genişləndirilməsi haqqında danışıb....

- İran Qazaxıstan buğdasının ən iri alıcılarından biridir. Buna görə də biz danışıqlar aparmışıq və 2009-cu ildə İranın Əmirabad limanında taxıl terminalı və dəyirman kompleksinin tikintisini planlaşdırırıq. Perspektivdə bazarın əlverişli konyukturunda taxılımız İran vasitəsilə Yaxın Şərq ölkələrinə göndəriləcək.

- İxracatın genişləndirilməsi respublikanın taxıl sahəsinə nə verəcək?

- Həm dövlət, həm ixracatçılar, həm də əkinçilər qazanacaq. Onlar artıq indi daha çox taxıl istehsal edə bilər. Bunu həm də ötən ilin məhsulu göstərir. İxracat coğrafiyasının genişləndirilməsi və satış həcminin artırılması iqtisadiyyata olduqca yaxşı təsir edəcək. Əgər ərzaq taxılına tələbat artsa, yalnız əkinçilər deyil, həmçinin texnika təchizatçıları xeyir əldə edəcək, büdcəyə ayrılmalar artacaq.

Xəbər lenti

Xəbər lenti