...

"Abşeron" sığorta şirkətinə yeni rəhbər təyin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2007 19:42 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir U.İsmayılova / "Abşeron" sığorta şirkətinin Sumqayı filialının direktoru Rafiq Hacıyev şirkətin baş direktoru təyin olunub. O, şirkətin təsisçiləri tərəfindən vəzifəsindən azad edilən Ağahüseyn Hüseynovu əvəz edib.

Rafiq Hacıyevin cümə günü bildirdiyinə görə, hazırda şirkətdə 2007-ci ilin birinci kvartalı üçün hesabat verilməsinə hazırlıq işləri aparılır.

"Balansla tanış olduqdan sonra, mən şirkətin baş direktoru vəzifəsində fəaliyyətimə başladım",-deyə o bildirib.

Rafiq Hacıyev 1993-cü ilə qədər Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin Sumqayıt filiallarında fəaliyyət göstərib, 1993-cü ildə "Həyat" sığorta şirkətini yaradıb. 1998-ci ildə şirkət "Milan-Həyat" İtaliya-Azərbaycan birgə sığorta şirkətinə çevirilib. 2006-cı ildən "Abşeron" sığorta şirkətinin Sumqayıt filialının rəhbəridir.

Xəbər lenti

Xəbər lenti