...

Monitorinq Azərbaycanda "quş qripi" virusunu aşkar etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Aprel 2007 13:52 (UTC +04:00)
Monitorinq Azərbaycanda "quş qripi" virusunu aşkar etməyib

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Bu gün Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti "quş qripi"nin aşkarlanması üzrə növbəti - beşinci monitorinqinin nəticələrini elan edib. 2-7 aprel tarixində keçirilən monitorinq Azərbaycan ərazisində "quş qripi" virusunun olmasını aşkar etməyib. Laborator tədqiqatlar vəhşi və ev quşlarının patoloji materialları üzrə aparılıb.

Monitorinq baytarlıq xidməti, ekologiya, səhiyyə nazirlikləri, Ovçular Cəmiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssislərindən ibarət xüsusi komissiya tərəfindən köçəri quşların müvəqqəti yaşayışı ehtimal olunan Pirallahı adası, Abşeron yarımadası, milli parkların ərazisində, Xəzər dənizinin sahilyanı xətti boyu ərazilərdə aparılır.

2006-cı ilin aprelindən bu günə qədər Azərbaycanda ölkə ərazisində virusu aşkar etməyən 12 monitorinq aparılıb. Buna baxmayaraq, ölkənin bütün sərhəd baytarlıq məntəqələri güclənmiş rejimdə işləyir, ova, vəhşi quşların satışı və istifadəsinə olan qadağa qüvvədə qalır.

Növbəti monitorinq aprelin 23-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti