...

Latviya XİN başçısı: "Azərbaycan regionun iqtisadi lideridir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 12:08 (UTC +04:00)
Latviya XİN başçısı: "Azərbaycan regionun iqtisadi lideridir"

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ 2006-cı ildə Azərbaycanla Latviya arasında mal dövriyyəsinin həcmi 96 milyon dollar təşkil edib. Bu sözləri bu gün keçirilən üçüncü Azərbaycan-Latviya biznes forumunda jurnalistlərə Latviya xarici işlər naziri Artis Pabriks deyib.

Onun sözlərinə görə, 2006-cı ildə Azərbaycandan Latviyaya mal ixracının həcmi 1 milyon avrodan 2 milyona çatıb, Latviyadan Azərbaycana gətirilən malların ümumi həcmi isə 7 milyon avro təşkil edib.

Nazir həmçinin qeyd edib ki, Latviya Azərbaycan iqtisadiyyatının perspektiv sahələrindən birinə investisiya yatırmağa hazırlaşır. "Azərbaycan regionun iqtisadi lideridir. Latviya ölkələr arasında bütün sahələrdə əməkdaşlığı dəstəkləyir" - deyə o vurğulayıb.

Xatırladaq ki, ilk Latviya-Azərbaycan biznes-forumu 2005-ci ilin oktyabrında Latviya prezidenti Vayru Vike-Freyberqin Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutub. İkinci forum isə Azərbaycan prezidenti İlham Əliyevin 2006-cı ilin oktyabrında Latviyaya səfəri zamanı keçirilib.

Xəbər lenti

Xəbər lenti