...

Azərbaycan Dövlət Statistika Komitəsi beynəlxalq maliyyə təşkilatlarının inflyasiyanın artım templəri üzrə proqnozları ilə razı deyil

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2007 14:29 (UTC +04:00)
Azərbaycan Dövlət Statistika Komitəsi beynəlxalq maliyyə təşkilatlarının inflyasiyanın artım templəri üzrə proqnozları ilə razı deyil

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova / Azərbaycanın Dövlət Statistika Komitəsi ölkədə inflyasiyanın artım templəri üzrə beynəlxalq maliyyə təşkilatlarının proqnozları ilə razı deyil.

Asiya İnkişaf Bankının proqnozlarına əsasən, 2007-ci ildə istehlak qiymətləri indeksinin artım templəri 14 faiz gözlənilir, BVF-yə əsasən, 2006-cı ildəki 8,4 faizə qarşı 21,1 faiz proqnozlaşdırılır.

"Əgər aylar üzrə qiymət artımı templəri keçən ilki səviyyədə qalsa, nəticələrə əsasən inflasiyanı 12-13 faiz səviyyəsində gözləmək olar. Bu, may-iyulda gözlənilən deflyasiyanın hesabına təmin oluna bilər. Əgər o, böyük olsa, o zaman 2007-ci ilin yekunlarına əsasən bir mənalı inflyasiyanı gözləmək olar" - cümə axşamı mətbuat konfransında Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məlumat verib.

Onun fikrincə, yanvarda kommunal xərclərin və enerji daşıyıcılarının qiymət artımı nəzərə alınmasa, birinci rübdə inflyasiya faktiki göstərici 16,6 faizə qarşı 11 faiz təşkil edərdi.

"Keçən ilin sentyabrından inflyasiya hesablanmasının bazası yüksəkdir, buna görə də 2007-ci ilin yekununa əsasən, inflyasiya təxminən 9 faiz təşkil edib (əgər yanvar qiymət artımı olmasaydı)" - deyə o bildirib.

Vəliyev inflyasiyanın artımını təbii hesab edir, belə ki, əhalinin də pul gəlirləri artır.

Əgər 1992-ci ildə əhalinin gəlirləri 8 dəfə, qiymətlər 10 dəfə, 1994-cü ildə müvafiq olaraq 9 dəfə və 17,6 dəfə, 1995-ci ildə 5,5 dəfə və 5,1 dəfə, 1996-cı ildə 42 dəfə və 19 dəfə, 2005-ci ildə 26 faiz və 10 faiz artmışdısa, 2007-ci ilin birinci rübündə isə 35 faiz və 16,6 faiz artıb.

Xəbər lenti

Xəbər lenti