...

Azərbaycanın ehtiyat manat pulları artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 16:21 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/2007-ci ilin martında Azərbaycanın ehtiyat pulları (geniş mənada pul bazası) ilin əvvəli ilə münasibətdə 12 faiz (246,2 mln. manat) azalaraq 1798,4 mln. manat təşkil edib. Bu barədə AMB-dən məlumat verilib. Bununla belə, manat ehtiyat pulları 3,9 faiz (63 mln. manat) artaraq 1662,5 mln. manat təşkil edib.

Ehtiyat pullar və onların struktur elementləri, mln.manatla:

01.01.2007 01.02.2007 01.03.2007 01.04.2007
1. Ehtiyat pullar 2044.6 1596.8 1698.8 1798.4
2. Manatla ehtiyat pulları 1599.5 1460.3 1563.7 1662.5
3. Dövriyyədə olan pul 1449.3 1324.4 1388.6 1482.8
4. Bank ehtiyatları 594.9 271.9 309.5 314.9
7. Digər depozitlər 0.4 0.4 0.7 0.7

Hesablamalara görə, mövsümi faktorların təsiri altında 2007-ci ilin martında təmiz pul bazası fevrala münasibətdə 4,4 faiz artıb, 2006-cı ilin martında isə 2,3 dəfə artıb.

Martın sonunda təmiz xarici aktivlər 188,8 mln. manat, daxili təmiz aktivlər isə ilin əvvəlində 57,6 mln. manat azalıb.

Xəbər lenti

Xəbər lenti