...

İdarə heyətinin sədri: ABB InterProtect Re AG təkrar sığorta şirkətini satır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2007 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ "Azərbaycan Beynəlxalq Bankı (ABB) Sürixdə (İsveçrə) olan Beynəlxalq sığorta şirkətininin törəmə şirkəti (BSŞ) InterProtect Re AG təkrarsığortanı satışa çıxarıb. Bu barədə ABB-nin idarə heyətinin sədri Cahangir Hacıyev məlumat verib.

InterProtect Re AG tamamilə Azərbaycan Beynəlxalq Bankına məxsus olan BSŞ-nin 100 faiz təsisçiliyi ilə yaradılıb.

"Qərara İsverə qanunvericiliyində riskləri yalnız öz əsas şirkətindən alan şirkətlərin əsl təkrarsığorta şirkətlərinə çevrilməsi və nizamnamə kapitallarının artırılması ilə bağlı tələblərinə görə qəbul olunub. 2007-ci ilin sonuna qədər şirkət təkrarsığorta şirkəti olmalıdır",-deyə Hacıyev izah edib.

Azərbaycan qanunvericiliyinə əsasən, törəmə şirkətlərin nizamnamə kapitalının artırılmasına məhdudiyyətlərin olması səbəbindən AMB bu cür qərar qəbul etməyə məcbur olub.

Hacıyevin sözlərinə görə, BSŞ-nin nizamnamə kapitalı InterProtect Re AG-nin kapitalını artırmağa imkan vermir. Buna görə də onun satılması barədə qərar qəbul olunub. "Mən hesab edirəm ki, satış uğurlu olacaq, belə ki, o, müvafiq olaraq KPMG beynəlxalq auditor şirkəti tərəfindən qiymətləndirilib",-deyə ABB rəhbəri söyləyib.

2007-ci il yanvarın 1-dən İsveçrədən təkrarsığorta şirkətlərinin nizamnamə kapitalının 5 mln. isveçrə frankı (1 CHF-0,7139 manat, 5 mln. CHF - 3,579 mln. manat) olması barədə qərar qəbul olunub. InterProtect Re AG şirkəti isə iki il bundan öncə 1,2 mln. isveçrə frankı nizamnamə kapitalı ilə yaradılıb.

Ilin əvvəlinə olan vəziyyətə BSŞ-nin ödənilmiş nizamnamə kapitalı 8,8 mln. manat həcmində formalaşıb. InterProtect Re AG şirkətinin nizamnamə kapitalının tələb olunan səviyyəyə artıralacağı təqdirdə bu, BSŞ-nin ümumi kapitalının 40,7 faizi qədər olacaq.

Xəbər lenti

Xəbər lenti