...

Gəncədə qeyri-qanuni tikililər aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyun 2007 11:51 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncənin "Sevinc" qəsəbəsindəki bütün tikililər qeyri-qanuni həyata keçirilib. Bu barədə şənbə günü Gəncə şəhər icra başçısının müavini Rövşən Sadıxov məlumat verib. Onun sözlərinə görə, həmin dövrdə torpağa sərəncam verən Xalq Deputatları Sovetinin İcrayə Komitəsinin tikililər üçün sərəncamı olmayıb və tikili sahiblərində heç bir hüquqi sənəd yoxdur. Sadıxov Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına məxsus sahədə də müxtəlif şəxslər tərəfindən torpaqların qeyri-qanuni zəbt olunması hallarının aşkar edildiyini bildirib. Artıq Apelyasiya Məhkəməsi burada iki ailə tərəfindən qeyri-qanuni zəbt edilən torpaqların boşaldılması haqda qarar qəbul edib."Ətraf rayonların sakinləri müxtəlif üsullardan istifadə edərək, hətta zorakılıq işlədərək Gəncə şəhəri ərazisində özbaşına torpaqları zəbt edirlər və orda qanunsuz tikililər aparırlar. Hazırda belə hallara qarşı ciddi mübarizə aparılır. "Sevinc" qəsəbəsində qanunsuz tikililərin davam etdirilməsinin qarşısı alınır və Akademiyanın sahəsində polis postları da qoyulub" - deyə Sadıxov bildirib.Bu kimi halların qarşısının alınması məqsədilə görülən işlərlə yanaşı əhalinin daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının tanınması üçün zəruri sənədlər və prosedurlar haqda da məlumatlar verilib.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti