...

Azərbaycanın daşınmaz əmlak reyesterinin dövlət xidməti ilin birinci yarısının yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2007 16:41 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycanın daşınmaz əmlak reyestri dövlət xidmətinin məlumatında bildirilir ki, dövlət xidməti yanvar-iyun ayları ərzində əmlakın qeydiyyatı ilə bağlı 52008 razılaşma qeydə alıb.

Hesabat dövrü ərzində ölkədə 15961 ilkin qeydiyyat müqaviləsi, 28983 təkrar qeydiyyat müqaviləsi və 7064 ipoteka müqaviləsi qeydə alıınb. O cümdlədən Bakıda 6049 ilkin, 14787 təkrar, 4022 ipoteka müqaviləsi qeydə alınıb.

Reyesterin məlumatına görə, yanvar- iyun ayları ərzində əmlakın alqı-satqısı ilə bağlı 3730 müqavilə imzalanıb, Bakı şəhərində isə bu göstərici 1792 təşkil edir. Ölkədə yanvar-iyun ayları ərzində 9767 qeydiyyatdan çıxarış təqdim olunub, bu göstərici Bakı şəhərində 1792 təşkil edir.

Xəbər lenti

Xəbər lenti