...

Azərbaycan hökuməti ölkəyə gətirilən buğdaya olan ƏDV-ni ləğv edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2007 15:35 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Azərbaycan Nazirlər Kabinetinin məlumatında bildirilir ki, Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli qərarı ilə ölkəyə gətirilən buğda əlavə dəyər vergisindən azad olunub.

ƏDV-nin həcmi 18% təşkil edir.

Məlumatda bildirilir ki, qərar İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinin razılaşdırılmış təklifləri əsasında qəbul olunub.

Son həftələr ərzində ölkənin bir sıra rayonlarında çörəyin qiyməti 50% bahalaşıb. Azərbaycanda çörəyin orta qiyməti 0,3 manatdır.

Xəbər lenti

Xəbər lenti