...

Azərbaycan "Şahdəniz" qazının yeraltı anbarlara vurulmasını azaldıb

Energetika Materials 24 Oktyabr 2007 18:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Yeraltı qaz anbarlarına sutkada "Şahdəniz" qaz- kondensat yatağından təqribən 1,5 mln. kubmetr qaz vurulur. Bu barədə hökumətdən məlumat verilib.

Qalan hissə isə - təqribən 4 mln. kubmetr qaz "Azəriqaz" Qapalı Səhmdar Cəmiyyətinin qaz nəqli sisteminə daxil olur. Bu qaz İrana verilir. İran isə mavi yanacağı blokadada olan Naxçıvan Muxtar Respublikasına verir.

Bu il yeraltı qaz anbarlarına 825 mln. kubmetr qaz vurulub. Təqribən 380 mln. kubmetr qaz ötən mövsümdən qalıb.

Bu qaz həcmi 2007-2008-ci il payız-qış mövsümündə abunəçilərin qaz təminatı üçün istifadə olunacaq. Ötən mövsümdə (2006-2007) qaz anbarlarına 1,024 mlrd. kubmetr qaz vurulub.

QSC-dən bildirilib ki, rus qazının idxalından imtina edilməsinə baxmayaraq, bu yanacaq növü ilə bağlı ölkədə problem olmayacaq. Azərbaycanda iki -- Qaradağ və Kalmaz yeraltı qaz anbarları var.

Xəbər lenti

Xəbər lenti