...

Xəzərin statusu məsələsinin beynəlxalq məhkəmə vasitəsilə həlli Transxəzər qaz kəmərinin tikintisini sürətləndirəcək – "Financial Times"ın redaktoru

Energetika Materials 3 Dekabr 2007 13:50 (UTC +04:00)
Xəzərin statusu məsələsinin beynəlxalq məhkəmə vasitəsilə həlli Transxəzər qaz kəmərinin tikintisini sürətləndirəcək – "Financial Times"ın redaktoru

Böyük Britaniya, London / " Trend " müxbir P.Kəsəmənski/ Britaniyanın ən görkəmli qəzeti olan "Financial Times"in neft və qaz məsələləri üzrə redaktoru Yed Kruks hesab edir ki, Azərbaycan və Türkmənistan arasında Xəzərin statusu məsələsinin beynəlxalq məhkəmə vasitəsilə həlli Mərkəzi Asiyadan Avropaya qaz ixracı üçün nəzərdə tutulan Transxəzər boru kəməri layihəsinin reallaşdırılmasını sürətləndirə bilər.

Azərbaycan və Türkmənistanı hələ ki, bölgü metodlarına fərqli yanaşma səbəbindən Xəzərin milli sektorlara bölünməsinə dair razılıq əldə edə bilməyiblər. Bu həmçinin Xəzərdə ölkələr arasında yerləşən "Kəpəz" neft yatağının inkişafını dayandırır.

Kruksun Londonda azərbaycanlı jurnalistlərə bildirdiyinə görə, Avropa Transxəzər qaz kəmərinin reallaşdırılmasını sürətləndirmək üçün müəyyən addımlar atacaq.

Onun sözlərin görə, Rusiya və İran Transxəzər qaz kəmərinin tikintisinə əngəl törədə bilər, yaxşı olardı ki, Azərbaycan və Türkmənistan üçüncü ölkənin iştirakı olmadan Avropaya qaz tədarükünə dair öz aralarında razılığa gəlsinlər.

Kruks hesab edir ki, Rusiya daima Avropa qaz bazarında dominantlıq edəcək, İranla bağlı məsələ isə mürəkkəbdir, baxmayaraq ki, bu ölkədə böyük həcmdə yanacaq ehtiyatları mövcuddur. "Financial Times"ın redaktoru İran qazının Avropa bazarındakı qeyri-müəyyənliyini bu ölkədəki hazırkı siyasi vəziyyətlə əlaqələndirib.

Türkmənistandan Qazaxıstan ərazisinə keçməklə Rusiyaya qədər uzana biləcək Transxəzər qaz kəməri Xəzərdə faktiki olaraq Xəzəryanı qaz kəmərinə rəqib layihə qismində çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti