...

Kulevi terminalından ilk neft partiyasının göndərilməsinin müddəti müəyyənləşdirilib

Energetika Materials 19 Dekabr 2007 19:33 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Əliyev/ Gürcüstanın Qara dəniz neft terminalı Kulevidən növbəti ilin birinci kvartalında Azərbaycan Dövlət Neft Şirkətinə məxsus ilk neft məhsulları parityasının göndərilməsi planlaşdırılır. Bu barədə çərşənbə günü ARDNŞ-dən məlumat veriblər. ARDNŞ-dən terminalın tikintisinin başa çatdığını və göndərilmənin, prosedur məsələləri başa çatdıqdan sonra həyata keçiriləcəyini bildiriblər. Kulevi yeni neft terminalı Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. Gələcəkdə terminalın yerləşdiyi ərazidə quru yük terminalı və mayeləşdirilmiş qazın yükboşaltma terminalının tikintisi ehtimal olunur. Tikinti üçün Dövlət Neft Şirkəti bu il 301 mln. dollar həcmində böyük sindikatlaşdırılmış kredit alıb. 15 xarici bankdan ibarət kredit sindikatına Societe Generale başçılıq edib. Krediti 2009-cu ilədək qaytarmaqnəzərdə tutulur. Terminalın yükboşaltma gücü 9 mln. ton (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut), rezervuar parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın yükboşaltma gücünü 20 mln. tonadək, rezervuar parkını isə, 380 min kubmetrədək artırmaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti