...

Türmənistanda Azərbaycanla birgə layihələr üzrə danışıqlar baş tutub

Energetika Materials 8 Aprel 2008 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 aprel/ Trend / Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun direktor müavini, akademik İbrahim Quliyevin Türkmənistana səfərinin gedişində əməkdaşlıq planları, birgə layihələrin reallaşdırılması, kadrların hazırlanması və neft-qaz sahəsində nəşrlər mübadiləsi müzakirə edilib. Bu barədə institutun məlumatında deyilir.

İnstitutda hesab edirlər ki, Xəzər regionu, ilk növbədə, onun əsas neft-qaz hasil edən ölkələri - Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan sürətli templərlə qlobal dünya enerji təhlükəsizliyinin təmin edilməsi sisteminə inteqrasiya edirlər. Bu baxımdan həm Azərbaycan sərhədlərində, həm də Türkmənistandan vahid Cənubi-Xəzər hövzəsinin karbohidrogen potensialının və geodinamik proseslərin - zəlzələlərin, palçıq vulkanların püskürməsinin, sualtı sürüşmələr və s. öyərənilməsi, iqtisadi aspektlərlə yanaşı, böyük elmi əhəmiyyət kəsb edir.

Quliyev Neft-qaz Sənayesi və Təbii Ehtiyatlar Nazirliyində, "Turkmenqaz" Dövlət Konsernində, neft və qaz institutunda, elmi-tədqiqat geoloji kəşfiyyat İnstitutunda və digər təşkilatlarda görüşlər keçirib.

"Azərbaycanın Milli Elmlər Akademiyası çoxillik birgə tədqiqatların keçirilməsi və elmi kadrların hazırlanması ənənəsini nəzərə alaraq, əməkdaşlığın bərpa edilməsində, birgə tədqiqatların aparılmasında, yüksək ixtisaslı kadrların hazırlanmasında, Türkmənistan mütəxəssisləri və alimləri ilə birgə konfrans və simpoziumların keçirilməsində həmişə maraqlı olub" - məlumatda deyilir.

Xəbər lenti

Xəbər lenti