...

"Sarmatia" və Granherne Avro-Asiya neft nəqli dəhlizi layihəsinin TİƏ-in hazırlanması haqqında müqavilə imzalayıblar

Energetika Materials 14 Aprel 2008 20:56 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 aprel/ Trend , müxbir Z.Novosvitski/ Beynəlxalq boru kəməri müəssisələri "Sarmatia" və Amerikanın Granherne Ltd. şirkəti Avro-Asiya neft nəqli dəhlizi (AANND) ("Odessa-Brodı-Ploçk-Qdansk") layihəsnin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması haqqında müqavilə imzalayıblar.

UNİAN-ın verdiyi məlumata görə, sənədi Ukrayna və Polşa prezidentləri Viktor Yuşşenko və Lex Kaçinskinin iştirakı ilə şirkətlərin nümayəndələri imzalayıblar.

Odessa-Brodı layihəsinin texniki-iqtisadi əsaslandırılmasına (TİƏ) Ukrayna ərazisində NEZ tikintisinə iqtisadi qiymətləndirmənin verilməsi də daxildir.

Ukrayna prezidenti Yuşşenko bildirib ki, TİƏ üzrə birinci nəticələri Kiyevdə keçiriləcək enerji sammitində dinləniləcək.

Odessa-Brodı-Ploçk-Qdansk Avro-Asiya neft nəqli dəhlizinin tikintisi layihəsi fikri 90-cı illərin ortalarında yaranıb. Xəzər neftini Qərbi və Mərkəzi Asiya ölkələrinə çatdırmaq imkan verən yeni nəqliyyat dəhlizinin tikintisi güman edilib.

2003-cü il mayın 23-də Brüsseldə "Polşa Nazirlər Şurasının, Ukrayna Nazirlər Kabinetinin və "AANND" layihəsinə dəstək üzrə Avropa Komissiyasının birgə Bəyannaməsi" imzalanıb.

2004-cü il iyulun 12-də Varşavada "Sarmatia" BBM MMC Beynəlxalq Boru kəməri Müəssisəsi yaradılıb. Onun iştirakçıları PERN Przyjazn və "Ukrtransneft" ASC olub.

Avropa Komissiyası tərəfindən Ukraynaya ayrılan qrantın sayəsində SWECO-ILF-Kantor beynəlxalq konsaltinq konsorsiumu tərəfindən çərçivə biznes-planı hazırlanıb. Burada "Odessa-Brodı-Ploçk-Qdansk" neft kəmərindən istifadə etməklə, neftin Xəzər regionundan Avropa bazarına çatdırılmasının bir neçə marşrutu öz əksini tapıb.

2007-ci il oktyabrın 10-da Vilnüsdə keçirilən Enerji sammiti zamanı beş dövlətin prezidentinin iştirakı ilə Azərbaycan, Gürcüstan, Litva, Polşa və Ukrayna nazirlikləri arasında enerji sektorunda əməkdaşlıq haqqında Müqavilə, həmçinin, "Sarmatia" BBM MMC-yə yeni iştirakçıların - GOGC Llc., SOCAR və AB Klaipedos Nafta-nın qoşulması haqqında Müqavilə imzalanıb.

Bu cəmiyyətin Nizamnamə kapitalı ikidən 9 milyon zlotıyadək artırılıb. PERN Przyjazn S.A., OAO "Ukrtransneft", GOGC Llc., SOCAR artırılmış Nizamnamə kapitalında bərabər pay sahibləri olublar - hər birinə 24,75 faiz, AB Klaipedos Nafta isə 1 faizin sahibi olub. Müqavilə ona üçüncü tərəflərin qoşulmaq imkanı olmasını nəzərdə tutur.

2008-ci il yanvarın 24-də Varşavada "Sarmatia" BBM iştirakçılarının növbədənkənar Ümumi toplantısı keçirilib və onlar cəmiyyətin genişlənməsi və ona yeni iştirakçıların qoşulması prosesini başa çatdırıblar.

2008-ci ilin martında "Sarmatiya" BBM (tərkibinə Azərbaycan, Gürcüstan, Ukrayna, Litva, Polşanın beş korporativ subyekti daxildir) Odessa-Brodı layihəsinin TİƏ-in icraçısının müəyyən edilməsi üzrə tender keçirib, martın 30-da qalib elan edilib - Amerikanın ixtisaslaşmış Granherne şirkəti.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti