...

Azərbaycanda elektrik enerjisinə tələbat nəzərəçarpacaq dərəcədə azalıb

Energetika Materials 25 Aprel 2008 14:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel / Trend / Cari ilin mart ayında elektrik enerjisinin tədarükü üzrə abunəçi ödənişlərinin ümumi səviyyəsi "Azərenerji" SC tərəfindən idarə olunan şəbəkələrdə 90 faiz artıb. Bu barədə "Azərenerji" SC-nin cümə günü yayılan məlumatında bildirilir.

Cari ilin mart ayında əhali arasında ödəniş ötən ilin analoji dövrünün 32 faizinə nisbətdə 58 faiz təşkil edib. Bu il mart ayında əhali arasında tələbat 161 mln. kVt/saat təşkil edib ki, bu göstərici ötən ilin analoji dövründə 254 mln. kVt/saat qeydə alınıb.

Mart ayında regional enerji təchizatı şəbəkələri üzrə tələbat 455 mln. kVt/saat, ötən ilin analoji dövründə isə 537 mln. kVt/saat təşkil edib.

Tələbatın azalması və ödəniş həcminin artması elektrik sayğaclarının quraşdırılması, abunəçilərin keyfiyytli və stabil elektrik enerjisi ilə təmin edilməsi və şəbəkələrdə hədsiz yüklənmələrin aradan qaldırılması ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti