...

ARDNŞ iri dəniz yatağında yeni təmizləyici avadanlıq quraşdıracaq

Energetika Materials 8 May 2008 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 may / Trend , müxbir E.İsmayılov/ Cari ilin sonuna qədər Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Neft daşları" dəniz yatağında yeni universal təmizləyici qurğu quraşdıracaq. Bu barədə cümə axşamı "Neft daşları" Neft-Qaz Hasilatı İdarəsindən (NQHİ) bildiriblər.

Hazırda NQHİ təmizləyici qurğuların cəlb edilməsi üzrə daha əlverişli variantları nəzərdən keçirir. Yeni avadanlıq müasir və iqtisadi cəhətdən cəlbedici olmalıdır.

Hazırda təmizləyici qurğu üçün yeni sahənin tikintisi aparılır. Tikinti işlərinin üç ay ərzində başa çatdırılması planlaşdırılır.

Təmizləyici qurğular səmt qazı və köpüksüz neftin qazdan təmizlənməsi üçün nəzərdə tutulub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti