Azərbaycan, Bakı, 16 may / Trend , müxbir A.Bədəlova/ Mayın 15-də CIF liman Augusta şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti $126,09/barelə çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətən $2,03/barel artıb.
Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, dəmir yolu ilə Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtlərilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 15-də $$123,61/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən $1,99/barel çoxdur.
Azərbaycan neftin URAL növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 15-də $116,02/barel təşkil edib və bu əvvəlki qiymətdən $1,93/barel çoxdur.
Şimal dənizindən hasil edilən Brent Dated etalon növlü neftlə analoji vəziyyət müşahidə edilir. Mayın 15-də Brent Dated neftinin 1 barelinin qiyməti $122,85/barelə çatıb ki, bu da əvvəlki qiymətdən $1,23/barel çoxdur.