...

Azərbaycanda 2009 - cu ilin yanacaq -energetika balansının hazırlanması müddəti müəyyən edilib

Energetika Materials 23 Dekabr 2008 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr/ Trend , müxbir İ.Xəlilova/ Azərbaycanın 2009-cu ilin yanacaq-energetika balansı layihəsi yanvarın ilk ongünlüyünün sonunadək hazırlanmalı, razılaşdırılması və hökumətin müzakirəsinə təqdim edilməlidir, - Nazirlər Kabinetinin sərəncamında deyilir.

2009 - cu il ərzində Azərbaycanda 57 mln. tondan çox neftin hasil ediləcəyi proqnozlaşdırılır. Neft hasilatının ümumi həcmindən 48,5 mln. ton Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) tərəfindən (operator BP) "Azəri - Çıraq - Günəşli" yataqlarından hasil ediləcək. Qalan neft həcmi - təxminən 8,6 mln. ton nefti şəxsi yataqlarından hasil edən SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) payına düşəcək.

Gələn il ərzində Azərbaycanda qaz hasilatı 30 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. Ümumi qaz həcmindən 9 mlrd. kubmetr xarici şirkətlər Konsorsiumunun işlədiyi "Şahdəniz" qaz-kondensat yatağı, səkkiz mlrd. kubmetr SOCAR tərəfindən şəxsi yataqlarından hasil ediləcək. Qalan qaz həcmi səmt qazının hasil edildiyi "Azəri - Çıraq - Günəşli" yataqlarının payına düşəcək. Yataqlardan hasil edilən qazın bir hissəsi təzyiqin saxlanılması üçün laylara vurulur, bir hissəsi isə, pulsuz olaraq SOCAR şirkətinə verilir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti