...

Yanvar-fevral aylarında Azərbaycanın "Şah-Dəniz" yatağından 300 mln. kub metr qaz əldə edib

Energetika Materials 14 Mart 2009 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart / Trend /

SOCAR-dan verilən xəbərə görə, Azərbaycan ötən ilin analoji dövrünün göstəricisi olan təxminən 369,6 mln. kub metr qaza qarşı 2009-cu ilin yanvar-fevral aylarında "Şah-Dəniz" yatağından 340,4 mln. kub metrə yaxın qaz hasil edib.  

SOCAR-ın "Şah-Dəniz" layihəsində iştirakçı qismində payı 104,5 mln.kub metr qaz təşkil etsə də, sözü gedən yataqdan əldə olunan qazın təqribən 236 mln. kub metri şirkətin şəxsi vəsaiti hesabına əldə edilib.  

"Şah-Dəniz" neft yatağının işlənməsi ilə bağlı müqavilə 1996-cı il iyulun 4-də imzalanıb. Razılaşmanın iştirakçıları BP (operator) - 25,5%, Statoil Hydro - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9% və ARDNŞ - 10% şirkətləridirlər.

"Şah-Dəniz" yatağında qaz hasilatına 2006-cı ilin dekabr ayında start verilib. Hal-hazırda Cənubi Qafqaz qaz kəməri vasitəsi ilə bu yataqdan Gürcüstan və Türkiyəyə mavi yanacaq nəql edilir. "Şah-Dəniz"dən orta hesabla gündəlik 22-24 mln. kub metr qaz hasil edilir. "Şah-Dəniz" yatağından "Mərhələ-1" layihəsi çərçivəsində 2009-cu ildə 9 milyard kub metr qaz hasil ediləcək.  

Xəbər lenti

Xəbər lenti