...

Pakistanın neft naziri İrana səfər edəcək

Energetika Materials 17 Aprel 2009 18:15 (UTC +04:00)

Pakistanın neft və təbii resurslar nazirliyinin rəsmi nümayəndəsi Adil Cavad xəbər verib ki, aprelin sonunda Pakistanın neft naziri İrana səfər edəcək.  Məlumatı İranın IRNA informasiya agentliyi yayıb.

"Pakistan nazirinin səfəri zamanı "Sülh" qaz kəməri üzrə danışıqlar başa çatdırılacaq və müqavilə imzalanacaq", - Pakistanın neft və təbii resurslar nazirliyinin rəsmi nümayəndəsi Cavad bildirib.

"Sülh" qaz kəməri qazın İrandan Pakistana nəqlini, o cümlədən İran yanacağının Hindistana tədarükü imkanlarını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti