...

Azərbaycanda elektrik enerjisinin istehsalı üçün mazut ehtiyatı tamamilə formalaşdırılıb

Energetika Materials 20 İyul 2009 18:17 (UTC +04:00)
"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (Azərbaycanda elektrik enerjisinin istehsalçısı və paylayıcısı) praktiki olaraq 2009-2010-cu ilin payız-qış dövründə elektrik stansiyalarının işlədilməsi üçün mazut ehtiyatının yaradılmasını tamamilə başa çatdırıb.

Azərbaycan, Bakı, 20 iyul / Trend /

"Azərenerji" Açıq Səhmdar Cəmiyyəti (Azərbaycanda elektrik enerjisinin istehsalçısı və paylayıcısı) praktiki olaraq 2009-2010-cu ilin payız-qış dövründə elektrik stansiyalarının işlədilməsi üçün mazut ehtiyatının yaradılmasını tamamilə başa çatdırıb. Bu barədə çərşənbə günü ASC-nin nümayəndəsi deyib.

O, ehtiyatın həcmini göstərməyib. Lakin qeyd edib ki, SC-nin ehtiyat kimi saxlanılan bütün rezervuarları praktiki olaraq dolub.

"Azərenerji"yə mazut ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərəfindən verilir. Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, SC artıq 118,1 min ton mazut alıb.

Hazırda Azərbaycanda mazutla Azərbaycan İstilik Elektrik Stansiyası (Qafqazda ən iri İES - Mingəçevir), Şirvan Elektrik Stansiyası (Şirvan şəhəri) və Sanqaçal Elektrik Stansiyası (bu elektrik stansiyası qazla işləyir, lakin mazutla istifadəyə keçmə rejimi var) işləyir.

"Hazırda elektrik stansiyaları əsasən Azərbaycandakı yataqlardan çıxarılan qazla işləyir", - "Azərenerji"dən deyilib. Hasilatın həcmi sahənin tələbatını tamamilə ödəyir. Mazut ehtiyatı gözlənilməz vəziyyətlər üçün görülür.

Xəbər lenti

Xəbər lenti