...

Gürcüstanla Azərbaycanı birləşdirən yeni elektrikötürücü xətt 2010-cu ildə inşa ediləcək – Gürcüstanın energetika naziri

Energetika Materials 10 Dekabr 2009 16:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 10 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan və Azərbaycanı birləşdirən 300 kilovat gücündə olan yeni elektrikötürücü xəttin (EÖX) inşasına 2010-cu ildə başlanılacaq. Bu barədə Gürcüstanın energetika naziri Aleksandr Xetaquri deyib.

Söhbət 9 kilometri yenidən qurulacaq, əlavə olaraq 9 kilometri inşa ediləcək 18 kilometrlik EÖX-dən gedir.

Nazirin sözlərinə görə, bu EÖX üzrə elektrik enerjisi Azərbaycana ixrac ediləcək, həmçinin Türkiyəyə də tranzit imkanı olacaq.

EÖX-in inşasını "Gürcüstan Dövlət Elektrik Sistemi" maliyyələşdirəcək, inşa işləri isə 2011-ci ildə başa çatacaq.

Hazırkı mərhələdə Gürcüstan və Azərbaycan arasında elektrik enerjisi mübadiləsi 300 kilovoltluq xətt üzrə həyata keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti