...

Dünya balansında kömürün balansı artacaq - ekspert

Energetika Materials 5 May 2010 10:32 (UTC +04:00)
Gələcəkdə dünyadakı enerji balansında kömürün payı artacaq. Rusiya Elmlər Akademiyasının Elmin İnkişafı Problemləri İnstitutunun elmi innovasiya və forsayt şöbəsinin direktoru Hadejda Qapanenko hesab edir.
Dünya balansında kömürün balansı artacaq - ekspert

Ekspert: Dünya balansında kömürün balansı artacaq

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir A.Bədəlova/

Gələcəkdə dünyadakı enerji balansında kömürün payı artacaq. Rusiya Elmlər Akademiyasının Elmin İnkişafı Problemləri İnstitutunun elmi innovasiya və forsayt şöbəsinin direktoru Hadejda Qapanenko hesab edir.

"Kömür dünya enerji bazarında şəraitin dəyişməsi ilə əlaqədar sürətlə artan enerji resursları mənbəyinə çevrilir", -  Qapanenko çərşənbə axşamı Bakıda Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Qlobal çağırışlar və regional strategiya-energetikanın inkişafı perspektivləri və nanotexnologiyalar" adlı məruzə ilə çıxış edib.

Onun sözlərinə görə, az əvvəl dünyada enerjidaşıyıcısı kimi kömürdən istifadənin azalması tendensiyası mövcud idi.Buna səbəb yandırılarkən çoxlu zərərli maddə tullantılarının əmələ gəlməsi idi. İndi isə bu yanacağa maraq yenidən qayıdır. "Kömür ikinci dəfə həyata qayıdır", - Qapanenko deyib.

Onun sözlərinə görə, kömürə marağın bərpa olunmasına təsir edən amil qiymətlərin, o cümlədən, hələ 90-cı illərdə dünya energetikasında əsas rola malik olan qazın qiymətinin bahalaşmasıdır.

Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozlarına görə, dünyadakı yanacaq balansında kömürün payı 2030-cu ilədək, təxminən, üçqat artacaq. Bu zaman neftin payı üçqat azalacaq, qazın payı isə cüzi artacaq.

Bu gün dünyada ən iri kömür istehsalçısı və istehlakçısı ABŞ və Çindir. Çində kömürə illik tələbat 2 milyon tondan artıqdır. Ölkənin neftdən asılılığının azalmasına yönəlmiş Çinin milli proqramının bir hissəsi mayeləşdirilmiş kömür zavodunun tikintisidir.

Qapanenkonun dediyi kimi, dünyadakı enerji balansında kömürdən sonra ikinci yeri alternativ enerji mənbələri tutur. Onun sözlərinə görə, əgər əvvəllər bu sahə hər halda bahalı idisə, indi texnologiyalar əldə olunan enerjinin uğurla inkişaf etməsi üçün kifayət qədər qabaqcıldır.

Qapanenkonun dediyi kimi, bütün gözləntilər külək enerjisinin artım templərini üstələyir. Baxmayaraq ki bu gün onun payı, orta hesabla, 7 faiz təşkil edir.

Ümumilikdə, onun sözlərinə görə, dünyada enerji resurslarına olan tələb artacaq, onun əsas mənbələri kömür, neft və qaz olaraq qalacaq. Qapanenko, həmçinin, BEA-nın proqnozlarını qeyd edib. Həmin proqnozlara görə, 2030-cu ilədək dünyada enerji resurslarına olan tələb 57 faiz artacaq. Onun əsas istehlakçıları Sakit okean regionu ölkələri olacaq.

Xəbər lenti

Xəbər lenti