...

Azərbaycan öz qazının dünya bazarlarına nəqli üçün bir neçə layihə seçəcək – ARDNŞ rəhbəri

Energetika Materials 15 May 2010 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir E.İsmayılov /

Azərbaycan öz qazının dünya bazarlarına nəqli üçün hazırda təklif olunan marşrutlardan bir neçə layihə seçəcək. Bu barədə şənbə günü ARDNŞ (Dövlət Neft Şirkəti) rəhbəri Rövnəq Abdullayev bilidirib.

"Biz təklif olunan bütün layihələri nəzərdən keçiririk, onlardan bir neçəsi seçiləcək ki, biz onlarla öz enerji daşıyıcılarımızı nəql edəcəyik", -Abdullayev deyib.

Onun sözlərinə görə, hazırda ARDNŞ Nabukko qaz kəməri layihəsini iştirakçıları olan şirkətlərlə işləyir, Transadriatik qaz kəməri layihəsi çərçivəsində imkanları araşdırır, Türkiyə-Yunanıstan-İtaliya (ITGI) qaz kəməri layihəsinin səhmdarları ilə danışıqlar aparır. Danışıqlar eləcə də, Rusiya ("Qazprom") və İran (INGEC) tərəfiklə aparılır. Texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyaya maye qazın nəqli layihəsinə də baxılacaq.

Bir az əvvəl Gürcüstan, Azərbaycan və Rumıniya nazirləri bu layihənin TİƏ-nı hazırlayacaq birgə müəssisənini yaradılması haqda saziş imzalayıblar.

"TİƏ bu layhihənin bizim üçün faydalı olub-olmadığını müəyyən edəcək", -Abdullayev dedyib.

Onun sözlərinə görə, Azərbaycanın enerji strategiyası öz enerji daşıyıcılarının dünya bazarlarına nəqlinin şaxələndirilməsindən ibarətdir. Ölkənin dünya bazarlarına nə qədər çox çıxışı olarsa, öz qazını satmaq üçün daha böyük imkanlara malik olar.

Xəbər lenti

Xəbər lenti