...

Rusiyanın Novorossiysk limanı neft məhsullarının doldurulub-boşaldılmasını artırıb

Energetika Materials 20 İyul 2010 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir E.İsmayılov/

Yanvar-iyun aylarında Rusiyanın Novorossiysk beynəlxalq dəniz limanı 20,5 milyondan çox neft daşıyıb. Bu göstərici 2009-cu ilin yanvar-iyun aylarında 22,1 milyon ton olub. Bu barədə limanın rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Yanvar-iyun aylarında "Novorosiysk dəniz ticarəti limanı" ASC neft məhsullarını 6,67 milyon ton həcmdə nəql edib ki, bu da ötən ilin müvafiq dövründə 6,5 milyon tondan çox olub.

Yanvar-iyun aylarında ümumilikdə liman tərəfindən 42,15 milyon ton müxtəlif yük daşınıb. Bu göstərici ötən ilin müvafiq dövründə 43,27 milyon ton olub.

ARDNŞ öz neftinin Novorossiysk limanı vasitəsilə daşınmasını həyata keçirir. Yanvar-iyun aylarında ARDNŞ Bakı-Novorossiysk şimal boru kəməri vasitəsilə 1,05 milyon tona yaxın neft ixrac edib ki, bu da 2009-cu ilin yanvar-iyun aylarında 1,23 milyon ton təşkil edib. İyunda bu neft boru kəməri ilə 168 min tondan çox neft ixrac edilib. Ötən ilin müvafiq dövründə bu göstərici 170,55 min tona yaxın olub.

2009-cu ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri vasitəsilə 2,5 milyon tona yaxın neft ixrac edib. 2008-ci ildə bu göstərici 1,2 milyon ton olub. 2007-ci ildə bu marşrut vasitəsilə 1,2 milyon ton neft ixrac edilib ki, bu da 2006-ci ilin göstəricisinə bərabərdir. 2005-ci ildə Bakı-Novorossiysk üzrə ixrac 1,6 milyon ton təşkil edib.

Novorossiysk limanının doldurulub-boşaltma üzrə məlumat cədvəli:

Yanvar-iyun 2010 -cu il

Yanvar-iyun 2009-cu il

Fərq

Min ton

Min ton

Faizdə

Ümumi mal dövriyyəsi

42 148,5

43 273,3

-1 124,8

-2,6%

Maye yüklər (cəmi)

27 481,9

28 970,7

-1 488,8

-5,1%

Xammal neft

20 494,9

22 089,9

-1 595,0

-7,2%

Neft məhsulları

6 673,7

6 515,4

158,3

2,4%

Xəbər lenti

Xəbər lenti