Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ gələn ilin mayında Z.Tağıyev adına Neft-Qaz Çıxarma İdarəsinin ərazisində ekoloji parkı istismara verməyi planlaşdırır. Bu barədə cümə günü mətbuat konfransında idarə rəhbərinin müavini Vüqar Kərimov deyib.
Mətbuat kofransı zamanı Ekologiya İdarəsi internet saytının yeni versiyasının təqdimatını da keçirib.
Kərimovun sözlərinə görə, ekoloji parkın yaradılması çərçivəsində artıq tikinti işləri və avadanlıqların quraşdırılması başa çatdırılıb. Yalnız yaşıllaşdırma və parkın xarici görünüşünün müvafiq vəziiyətə gətirilməsi üzrə işlər qalıb.
"Bütün tikinti və quraşdırma işləri başa çatdırılıb, yalnız yaşıllaşdırma və abadlıq işləri qalıb. Ekoloji parkın gələn ilin əvvəlində istismara verilməsi planlaşdırılır", - Kərimov qeyd edib.
Onun sözlərinə görə, ekoloji parkın yaradılmasında əsas məqsəd ekoloji maarifləndirmədir. Parkın ərazisində ARDNŞ-nin tərkibinə daxil olan müəssisələrin ərazisində, xüsusən də neftdən təmizlənmiş ərazilərdə əkliəcək şitillər yetişdiriləcək.
Kərimovun sözlərinə görə, parkın elektrik enerjisinə olan tələbatının 40 faizə yaxını alternativ enerji mənbələri sayəsində təmin ediləcək. Məsələn, park ərazisində hər birinin gücü 10 kilovat-saat olan dörd külək generatoru, eləcə də ümumi gücü 20 kilovat-saat olan günəş batereyaları elektrik enerjisinin istehsalı üçün quraşdırılıb.
Alternativ enerji mənbələri sayəsində istehsal ediləcək elektrik enerjisinin ümumi həcmi 60 kilovat-saat təşkil edir.
Ekoloji park 9,3 hektarlıq ərazidə yaradılır.