...

ARDNŞ Heydər Əliyev adına BNEZ-in qurğularından birində təmir işlərinə başlayıb

Energetika Materials 4 Mart 2011 19:12 (UTC +04:00)
Katalitik krekinq qurğusunda aparılan təmir işləri ilə əlaqədar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmir işlərinin aparılacağı ED–AB-6 qurğusunun vakuum blokunin işini dayandırıb.
ARDNŞ Heydər Əliyev adına BNEZ-in qurğularından birində təmir işlərinə başlayıb

Azərbaycan, Bakı, 4 mart /Trend/

Katalitik krekinq qurğusunda aparılan təmir işləri ilə əlaqədar Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmir işlərinin aparılacağı ED-AB-6 qurğusunun vakuum blokunin işini dayandırıb. Trend-in məlumatına görə, bu barədə NEZ-in balansında olduğu ARDNŞ-nin cümə günü yaydığı məlumatda deyilir.

Hazırda vakuum bölməsindəki çatışmazlıq və qüsürların aradan qaldırılması istiqamətində işlər davam etdirilir. İşlərin vaxtında başa çatdırılması üçün bütün iş qüvvəsi, avadanlıq və texnika cəlb edilib.

Azərbaycanda illik gücü 20 milyon ton olan iki NEZ var. ARDNŞ öz vəsaiti hesabına dənizdə və quruda hasil edilən nefti NEZ-lərə tədarük edir.

Cənubi Qafqaz regionunda ən iri neft emalı müəssislərindən biri olan Heydər Əliyev adına Neft Emalı Zavodunun (BNEZ) əsası 1940-cı illərdə qoyulub. Müəssisənin balansında katalitik krekinq, yavaşıdılmış kokslaşdırma qurğusu, katalitik riforminq qurğusu və neftin ilkin emalı qurğusu var.

Xəbər lenti

Xəbər lenti