...

"Bahar" yatağının işlənməsinin birinci mərhələsinin ehtiyatları açıqlanıb

Energetika Materials 1 İyul 2011 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir A.Bədəlova/

"Bahar" yatağının reabilitasiyasının birinci fazası çərçivəsində ümumi hasilat 4,3 trilyon kub fut qaz (122 milyard kubmetr) və 84 milyon barel kondensat həcmində qiymətləndirilir. Belə qiymətləndirmələr "Greenfields Petroleum Corporation"-ın rəsmi saytında yerləşdirilən hesabatda yer alıb.

"Greenfields Petroleum Corporation" "Bahar" və "Qum Dəniz" yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA tipli müqavilə çərçivəsində "Bahar Energy" şirkətində 33,33 faizə sahibdir və onun texniki məsləhətçisi kimi çıxış edir.

Yatağın işlənməsi üzrə proqramın birinci hissəsinə kompressorların quraşdırılması və istehsalın səviyyəsinin artırılması üçün boru kəmərinin genişləndirilməsi; 16 mövcud quyunun optimallaşdırılması; seçilən platforma və avadanlıqların modernləşdirilməsi daxildir.

Proqramın ikinci hissəsi 53-ə yaxın quyunun təkrar işlənməsindən ibarətdir.

Proqramın üçüncü hissəsinə altı quyuda daha dərin laylara çıxış üçün yeni gövdənin qazılması daxildir.

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Bahar Energy Limited" şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Bahar" və "Qum Dəniz" dəniz yataqlarının daxil olduğu blokun kəşfiyyatına, reabilitasiyasına, işlənməsinə və hasilatına dair PSA (hasilatın pay bölgüsü) tipli müqavilə imzalayıb. Müqavilə artıq Azərbaycan Milli Məclisi tərəfindən təsdiq edilib.

İlkin hesablamalara görə, müqavilə çərçivəsində "Bahar Energy Limited" şirkəti işlərin həyata keçirilməsi üçün bir milyard dollar həcmində sərmayə yatıracaq.

Xəbər lenti

Xəbər lenti