...

ARDNŞ əhaliyə qaz tədarükünü artırıb

Energetika Materials 13 İyul 2011 18:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Yanvar-iyunda ARDNŞ Azərbaycan əhalisinə 1,15 milyard kubmetr qaz tədarük edib. Bu göstərici 2010-cu ilin yanvar-iyununda 1,1 milyard kubmetrə yaxın olub. Bu barədə çərşənbə günü Trend-ə ARDNŞ-dən məlumat verilib.

İyunda əhaliyə 72,9 milyon kubmetr qaz verilib. Ötən ilin iyun ayında bu göstərici 75,1 milyon kubmetr olub.

2010-cu ildə ARDNŞ Azərbaycan əhalisinə 1,7 milyard kubmetrə yaxın qaz tədarük edib.

Yanvar-iyunda sənaye müəssisələrinə 608,8 milyon kubmetr qaz göndərilib. Bu göstərici ötən ilin yanvar-iyununda 507,7 milyon kubmetr olub.

Ötən il sənaye müəssisələrinə şirkət tərəfindən 956,7 milyon kubmetr qaz göndərilib.

Yanvar-iyunda kommunal büdcə müəssisələrinə 144,5 milyon kubmetr qaz verilib. Bu göstərici 2010-cu ilin yanvar-iyununda 150,7 milyon kubmetr olub.

Ötən il kommunal büdcə müəssisələrinə 208,2 milyon kubmetr qaz verilib.

Ölkə daxilində bütün qaz əməliyyatlarını ARDNŞ-nin tərkibindəki "Azəriqaz" İstehsalat Birliyi həyata keçirir.

Xəbər lenti

Xəbər lenti