...

BP Azərbaycanda hasilat quyusunu təmir edir

Energetika Materials 9 Sentyabr 2011 19:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" yatağının texniki operatoru olan BP şirkəti yataqdakı SDA-06 quyusunu təmir edir. Bu barədə Trend-ə cümə günü neft-qaz sənayesindəki mənbə deyib.

Onun sözlərinə görə, təmir işləri quyunun vurma tərtibatındakı problemi aradan qaldırmaq üçün aparılır.

Bir müddət əvvəl quyunun təcrübi işə salınması ilə bir sıra çətinliklər aşkar edilib ki, bu da quyudakı işlərin dayanmasına səbəb olub.

Mənbə bildirib ki, buradakı təmir işləri başa çatdıqdan sonra qazma qurğusu SDA-03 quyusuna keçiriləcək.

Xəbər lenti

Xəbər lenti