...

Azərbaycan neftinin qiymətləri: 28 noyabr-2 dekabr həftəsinin yekunları

Energetika Materials 3 Dekabr 2011 13:24 (UTC +04:00)
28 noyabr-2 dekabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 114,05 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 28 noyabr-2 dekabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir E.İsmayılov/

28 noyabr-2 dekabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təqribən 114,05 dollar/barel olub. Trend-in məlumatına görə, bu, ötən həftənin qiymətindən təxminən 2,55 dollar çoxdur.

28 noyabr-2 dekabr həftəsində AZERI LT-nin maksimum qiyməti 115,03, minimum isə 112,91 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

28 noyabr-2 dekabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 108,56 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 2,35 dollar/barel çoxdur.

28 noyabr-2 dekabr həftəsində URALS-ın maksimum qiyməti 109,68 dollar/barel, minimum isə 107,61 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

28 noyabr-2 dekabr həftəsində "Brent Dated" növünün orta qiyməti 109,95 dollar/barelə yaxın olub. Bu, ötən həftənin orta qiymətindən təxminən 3 dollar çoxdur.

28 noyabr-2 dekabr həftəsində "Brent Dated"in maksimum qiyməti 111,22, minimum isə 108,94 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti