...

Azərbaycan regionun ürəyində yerləşir - Böyük Britaniyanın Baş naziri

Energetika Materials 5 İyun 2012 13:45 (UTC +04:00)
Baş nazir Devid Kemeron Böyük Britaniya Krallığı hökuməti adından Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012" sərgisinin açılması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Azərbaycan regionun ürəyində yerləşir - Böyük Britaniyanın Baş naziri

Azərbaycan, Bakı, 5 iyun/Trend, müxbir E. Tariverdiyeva/

Baş nazir Devid Kemeron Böyük Britaniya Krallığı hökuməti adından Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisinin açılması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

"Krallıq hökuməti adından Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycan xalqını XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" sərgisi münasibətilə təbrik etmək istərdim. Azərbaycan regionun ürəyində yerləşir və yaxın illərdə onun enerji resursları dünya iqtisadiyyatında böyük rol oynayacaq", - Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı səfirliyin saytında dərc edilən məktubda deyilir.

"Azərbaycan hamının rifahı naminə bu resursların mənimsənilməsində vacib və fəal iştirak edir. "Şahdəniz" qazının Avropaya nəqli üçün Trans-Anadolu boru kəmərinin tikintisinin başlanmasının elan edilməsi ilə birgə ötən ilin sonunda bağlanmış hökumətlərarası saziş dönüş nöqtəsi oldu. Bu da "Cənub qaz dəhlizi" layihəsini reallığa çevirməyə kömək edəcək", - Kemeronun məktubunda deyilir.

Baş nazirin sözlərinə görə, bu, Avropaya enerji daşıyıcılarının tədarükünün şəxaləndərilməsinə irəli addımı idafə edir. "Regionun karbohidrogen ehtiyatlarının mənimsənilməsinə imkan vermək də vacibdir", - məktubda qeyd edilir.

"Biz şadıq ki, BP Azərbaycanda iri xarici investordur. Builki "Caspian Oil and Gas" sərgisinin bütün iştirakçılarına uğurlu həftə arzulayıram" , - Baş nazirin məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti