...

Azərbaycanda növbəti illər üçün neft və qaz hasilatı proqnozları açıqlanıb

Energetika Materials 30 Oktyabr 2012 19:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir S.Əliyev/

2013-cü ildə Azərbaycanda 40,82 milyon tondan çox neft hasil etmək planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə 2013-cü il və növbəti 3 il üçün sosial-iqtisadi inkişaf konsepsiyasında deyilir.

2014-cü ildə bu göstərici 43,22 milyon tondan çox, 2015-ci ildə 43,082 milyon ton, 2016-cı ildə isə 42,9 milyon tondan çox neft təşkil edəcək.

Proqnozlara əsasən, qaz hasilatı 2013-cü ildə 28,82 milyard kubmetr, 2014-cü ildə 29,76 milyard kubmetrdən çox, 2015-ci ildə 29,88 milyard kubmetrdən çox və 2016-ci ildə təqribən 30,3 milyard kubmetr olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti