...

Dövlət Neft Fondu: Azərbaycan qısa zaman ərzində regionun lider ölkələrindən birinə çevrilib

Energetika Materials 12 Aprel 2013 17:06 (UTC +04:00)
Azərbaycan öz təbii sərvətləri hesabına iqtisadi inkişafın belə templərinə nail olan bəzi ölkələrdən biridir.
Dövlət Neft Fondu: Azərbaycan qısa zaman ərzində regionun lider ölkələrindən birinə çevrilib

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir E.İsmayılov/

Azərbaycan öz təbii sərvətləri hesabına iqtisadi inkişafın belə templərinə nail olan bəzi ölkələrdən biridir. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümov Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (MDBMİ) məzunlarının I Ümumdünya Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünyada bir çox ölkələrin neft və qaz ehtiyatları, həmçinin digər təbii sərvətləri var. Lakin onların əksəriyyətində inkişafla bağlı böyük problemlər var.

"Dünyada yalnız bir neçə ölkə var ki, onlar təbii resurslarından istifadə edərək, qısa zaman ərzində iqtisadiyyatın sürətli inkişafına nail olduqlarına görə öyünə bilərlər. Azərbaycan belə ölkələrdən biridir", - ARDNF rəhbəri bildirib

Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar dövlət başçısının iqtisadi siyasətinin nəticəsidir. Məhz onun səyləri nəticəsində respublikanın ən müvəffəqiyyətli və regionun lider ölklələrindən birinə çevrilməsi üçün bütün imkanlardan istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti