...

Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub

Energetika Materials 12 Aprel 2013 20:33 (UTC +04:00)
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonla görüş keçirilib.
Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 12 aprel /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində İsveç Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mikael Erikssonla görüş keçirilib.

Birlikdən Trend-ə verilən məlumata görə, "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonağa Birliyin istehsalat fəaliyyətinin istiqamətləri, son illərdə kimya müəssisələrində aparılan yeniləşmə və modernləşmə prosesləri, həmçinin perspektiv planlar barədə geniş məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi, neft-kimya sənayesində də böyük irəliləyişlər baş verib, infrastruktur yeniləşməsi aparılıb.

Hazırda Sumqayıtda inşa edilməkdə olan Kimya Sənaye Parkı və Karbamid zavodu, o cümlədən "Azərikimya" İB-nin perspektiv inkişaf proqramına daxil olan aşağı təzyiqli polietilen və propilen istehsalatları haqqında məlumat səfir tərəfindən diqqətlə qarşılanıb.

Tərəflər Azərbaycanla İsveç arasında neft-kimya sahəsində potensial əməkdaşlıq imkanları və digər iqtisadi əlaqələr barədə fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti