...

"Azərikimya" İB-nin müəssisələrinin mühafizəsi yeni videomüşahidə sistemləri ilə gücləndirilir

Energetika Materials 30 İyul 2013 15:42 (UTC +04:00)
ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyində istehsalat sahələrinin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi, kimyaçıların əmək və sosial şəraitinin yaxşılaşdırılması ilə yanaşı, mühafizə sistemində qabaqcıl texnologiyaların tətbiqinə böyük önəm verilir.
"Azərikimya" İB-nin müəssisələrinin mühafizəsi yeni videomüşahidə sistemləri ilə gücləndirilir

Azərbaycan, Bakı, 30 iyul /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində istehsalat sahələrinin yenidən qurulması, innovativ texnologiyaların tətbiqi, kimyaçıların əmək və sosial şəraitinin yaxşılaşdırılması ilə yanaşı, mühafizə sistemində qabaqcıl texnologiyaların tətbiqinə böyük önəm verilir.

İB-dən Trend-ə verilən məlumata görə, Birliyin LVJ (tez alışan kimyəvi maddələr) adlanan sahəsində mühafizə işinin gücləndirilməsi məqsədilə yeni videomüşahidə sisteminin tətbiqinə başlanılıb. Burada ərazinin bütün perimetri boyu xüsusi kameralar quraşdırılıb ki, onlar vasitəsilə görüntünü 30 dəfədən artıq böyütməklə obyektin tam və etibarlı mühafizəsini təmin etmək mümkündür. Burada quraşdırılmış çoxkameralı termal sistem isə gecə-gündüz, istənilən hava şəraitində nəzarət zonasındakı istənilən dəyişikliyi qeydə alır, monitorda əks etdirir.

Hazırda "Azərikimya" İB-nin tam mühafizə nəzarətinin təmin olunmasının çətinlik törətdiyi digər iki istehsalat sahəsinin də videomüşahidə sistemi ilə təmin olunması işləri həyata keçirilir. Bu tədbirlər başa çatdırıldıqdan sonra Birliyin bütün istehsalat obyektlərinin mühafizəsi daha etibarlı şəkildə təmin ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti