...

Masallı və İmişli rayonlarının daha 2 kəndinə təbii qaz verilib

Energetika Materials 27 Dekabr 2013 16:53 (UTC +04:00)
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə “Azəriqaz” İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Masallı rayonunun Yeddioymaq-1 kəndinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə bildirilib ki, 464 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 25,6 kilometrdən artıq polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 464 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Masallı və İmişli rayonlarının daha 2 kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Bu gün Masallı və İmişli rayonlarının daha 2 kəndinə təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirlərdə "Azəriqaz" İstehsalat Birliyinin və rayon icra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Masallı rayonunun Yeddioymaq-1 kəndinə təbii qazın verilməsi münasibəti ilə keçirilmiş mərasimdə bildirilib ki, 464 abonenti olan kəndin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 25,6 kilometrdən artıq polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 464 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmin gün İmişli rayonunun Muradxanlı kəndinə də təbii qaz verilib. Bu münasibətlə keçirilmiş tədbirdə qeyd olunub ki, 340 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 48,4 kilometr uzunluğunda polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 340 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti