...

ARDNŞ: 2015-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 99 faizə çatacaq

Energetika Materials 28 Dekabr 2013 17:50 (UTC +04:00)
2015-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 99 faizə çatacaq. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.
ARDNŞ: 2015-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 99 faizə çatacaq

Azərbaycan, Bakı, 28 dekabr /Trend, müxbir E.İsmayılov/

2015-ci ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 99 faizə çatacaq. Trend-in məlumatına görə, bunu şənbə günü Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ilin yekunlarına həsr edilmiş tədbir çərçivəsində deyib.

Onun sözlərinə görə, artıq ölkədə qazlaşdırmanın səviyyəsi 90 faizə çatıb.

Azərbaycanda təbii qaz abonentlərinin ümumi sayı 1,6 milyonu ötür.

Qaz təchizatını yaxşılaşdırmaq və qazlaşdırmanın səviyyəsini artırmaq üçün bu il respublikada 9 min kilometr uzunluğunda boru kəmərləri çəkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti