...

ARDNŞ Xəzərdəki iri yataqda horizontal quyunu istismara verib

Energetika Materials 10 Yanvar 2014 12:59 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağının dayaz hissəsində ilk horizontal quyunu istismara verib.
ARDNŞ Xəzərdəki iri yataqda horizontal quyunu istismara verib

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağının dayaz hissəsində ilk horizontal quyunu istismara verib. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin yaydığı xəbərdə deyilir.

Məlumatda bildirilir ki, quyunun gündəlik debeti 260 ton neft və 20 min kubmetr qaz təşkil edir.
Yataq ARDNŞ-nin "28 May" NQÇİ-nin balansındadır.

ARDNŞ "Günəşli" neft-qaz yatağının dayaz hissəsində hasilatın artılması çərçivəsində 20 yeni quyunun qazılmasını planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti